Ermənistan Türkiyəyə humanitar yardım göndərdi


Ermənistan Türkiyəyə humanitar yardım yükü göndərib və bu yük bağlı quru sərhədindən keçərək təyinat yerinə çatdırılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
“Humanitar yardım daşıyan yük maşınları sərhəddəki Marqara körpüsündən keçərək zəlzələdən zərər çəkmiş bölgəyə doğru gedir”, - o bildirib.
Xatırladaq ki, fevralın 8-də dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün Ermənistandan olan axtarış-xilasetmə qrupu Suriya (29 nəfər) və Türkiyəyə (27 nəfər) yola düşüb. Hazırda Ermənistandan olan mülki axtarış-xilasetmə qrupu Türkiyənin Adıyaman şəhərində baza düşərgəsi qurub. Suriyada da axtarış işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top