
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində bu ölkənin xarici işlər naziri Mövlüt Çavuşoğlu tərəfindən qarşılanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, nazir Kahramanmaraş şəhərinə səfəri çərçivəsində AFAD Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.
***08:40

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində, C. Bayramovun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz