
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.

***18:02
Türkiyədə baş verən zəlzələlər nəticəsində dünyasını dəyişənlərin sayı 21 min 848 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
O bildirib ki, 80 104 nəfər yaralı var.
***15:54

Türkiyədə baş verən zəlzələlər nəticəsində dünyasını dəyişənlərin sayı 21 min 043 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
*15:27
Sonuncu məlumatlara əsasən 20 min 937 nəfər dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFAD məlumat verib.
***09:42
Sonuncu məlumatlara əsasən 20 min 665 nəfər dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFAD məlumat verib.
Qurtarılanların sayı isə 80 min 88 nəfərdir.
***08:00
Türkiyədə baş verən zəlzələlərdə sonuncu məlumatlara əsasən 20 min 318 nəfər dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFAD məlumat verib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində iki yüksək maqnitudalı zəlzələ meydana gəlib.
Mərkəzi Pazarcık rayonu olan 7,7 və mərkəzi Elbistan rayonu olan 7,6 bal gücündəki zəlzələlər dəhşətli dağıntılara yol açıb.
Eyni gün Qaziantep vilayətində də 6,4 və 6,5 bal gücündə iki zəlzələ baş verib.
Zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay vilayətlərində ciddi dağıntılara səbəb olub. On minlərlə insanın hələ də dağıntılar altında olduğu güman edilir.
Axtarış-xilasetmə işləri aramsız olaraq davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz