İraqın Başika qəsəbəsi terrorçulardan təmizlənib

İraqın Başika qəsəbəsi terrorçu İŞİD qruplaşmasından təmizlənib. Türkiyə KİV-nin məlumatına görə, terrorçulardan təmizlənmə əməliyyatında İraqın şimalındakı kürd muxtariyyətinin silahlı dəstələri (peşmərgə) fəallıq göstərib. Məlumata görə, bir qrup İŞİD silahlısı qəsəbədəki evlərdən birində gizlənib. Əməliyyat nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Hazırda Başikanın minadan təmizlənməsi həyata keçirilir. Bu qəsəbə Mosul şəhərindən 20 km aralıda yerləşir. Başika 2014-cü ildə İŞİD-in nəzarət altına keçib. Xatırladaq ki, bu əraziyə yaxın yerdə Türkiyənin hərbi bazası yerləşir. Türkiyə hərbçiləri yerli əhalini və İraqın şimalındakı kürd silahlılarını terrorçulara qarşı mübarizə aparmaq üçün təlimatlandırırlar.

Report

DİGƏR XƏBƏRLƏR

Top