Türkiyəyə daha 200 çadır və 183 qızdırıcı göndərildi - Fotolar


Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

FHN-dən Yeniavaz.com-a verilən məlumata əsasən, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir.
Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Qeyd olunub ki, daha bir mobil səhra hospitalı və digər vasitələrdən ibarət humanitar yardımlar növbəti təyyarələrlə qardaş ölkəyə yola salınacaq.





DİGƏR XƏBƏRLƏR

Top