
ABŞ xilasedici qruplarının Türkiyədə işləri davam edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.
Bildirilir ki, təxminən 77 ton ağırlığında xüsusi alət və avadanlıqlar, o cümlədən beton qıran, mişar, qazma, metal kəsən oksigen alətləri və tibbi avadanlıqlar göndərilib.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) 159 personal və 12 xilasedici itdən ibarət iki axtarış-xilasetmə qrupunun kömək üçün zəlzələ bölgəsində olduğu vurğulanıb.