
Kömək üçün Türkiyəyə gələn Çin axtarış-xilasetmə qrupu Hatay bölgəsində dağıntılar altından bir nəfəri xilas edib.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, Çin qrupu AFAD əməkdaşları ilə birlikdə Hatayda hamilə qadını xilas edib.
Komandanın ikinci kapitanı Cao Yang bildirib ki, dünən saat 18.00 radələrində şəhərin mərkəzində çökən 8 mərtəbəli mənzildə olduğu bildirilən hamilə qadın barədə onlara zəng gəlib. Dağıntılar altındakı vəziyyət müəyyən edildikdən sonra Türkiyə rəsmiləri ilə xilasetmə planı qurduqlarını və lazımi texniki vasitələri hazırladıqlarını qeyd edən Cao, uzun səylər nəticəsində zəlzələ qurbanını saat 01.30-da dağıntılar altından çıxarmağı bacardıqlarını qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz