
Fransa Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyədə çoxməqsədli səhra xəstəxanası quracağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin “Twitter” hesabında qeyd olunub.
Bildirilib ki, Fransa Türkiyədəki zəlzələlər səbəbilə göndərdiyi 136 nəfərlik xilasetmə qruplarına əlavə olaraq təhlükəsiz səhra xəstəxanası qurmağı da öhdəsinə götürüb.
Xəstəxanada yanğınsöndürənlər də daxil olmaqla hərbi mülki müdafiə təliminə cavabdeh olan 81 personalın çalışacağı qeyd olunub.