Aİ Suriyaya 3,5 milyon avro ayırdı


Avropa İttifaqı (Aİ) Suriyanın tələbi ilə 3,5 milyon avro maliyyə yardımı göndərəcəyini açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, yardım tələbinə axtarış-xilasetmə qrupları, sığınacaq və dərmanlar daxildir. Aİ Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi Suriyada ən çox köməyə ehtiyacı olan insanlara mümkün yardımları dərhal yönləndirmək üçün Aİ üzv ölkələri və Birləşmiş Millətlər Təşkilatı ilə əlaqə saxlayır.
Xatırladaq ki, mərkəzi Türkiyənin Kahramanmaraş bölgəsində olan zəlzələ Suriyada da dağıntılara səbəb olub. Hər iki ölkədə minlərlə insan həlak olub.
 

DİGƏR XƏBƏRLƏR

Top