
Məşhur türkiyəli aktyor Oktay Kaynarca Azərbaycanla bağlı paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, aktyor İnstaqram hesabında Azərbaycan xalqının qardaş Türkiyəyə yardımına toxunub:
“Belə bir birlik nümunəsi ancaq bu torpaqlara məxsusdur. Bütün bir ölkə, buraya Azərbaycan da daxildir, zəlzələ bölgəsindəkilər qədər acı çəkir, ürəkləri onlarla döyünür, yediklərindən, yataqlarından, isinməkdən utanırlar. Möhtəşəm bir birlik nümayəşidir bu. Ürəyinə sağlıq, mənim öz millətim”.
