
Türkiyənin Hatay şəhərində 88 yaşlı qadın dağıntılar altından 62 saat sonra xilas edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, xilasedicilər uzun mübarizədən sonra Kalkap Değirmenciyə çata biliblər.
62 saatdan sonra dağıntılar altından xilas edilən Değirmenci təcili yardımla xəstəxanaya aparılıb.