
Dövlət Neft Fondu (ARDNF) 1 fevral 2023-cü il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə gəlirlərini açıqlayıb.
Yeniavaz.com Fonda istinadən xəbər verir ki, AÇG yatağından 2023-cü ilin yanvar ayında 625 milyon 74 min dollar gəlir əldə edilib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında AÇG yatağından 683 milyon 114 min dollar gəlir əldə olunub.