
“İnsanlar soyuq havaya çıxan zaman düzgün geyinmirlər və bu da xəstələnmələrinə səbəb olur”.
Yeniavaz.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Təyyar Eyvazov bildirib ki, qrip infeksiyaları əsasən payız və qış aylarında daha çox yayılır: “İnsanlar qrip viruslarına diqqət etmədikləri halda çox ağırlaşmaları ola bilər. Qripin müalicəsində ilk növbədə diaqnozu düzgün təyin etmək lazımdır”.
Səhiyyə nazirliyinin rəsmisi deyib ki, diaqnoz düzgün təyin olunduqdan sonra antibakterial dərmanlar təsirli ola bilər: “Lakin, diaqnoz təyin olunmadan antibiotiklərdən istifadə etmək olmaz. Bu nəinki virusları məhv edir, əksinə bədənin immunitetini aşağı salır. Buna görə də həkim məsləhəti olmadan heç kim antibiotiklərdən istifadə etməsin”.
Tətbiqimizi yükləyə bilərsiniz