
Kahramanmaraşda baş verən zəlzələlərdən zərərçəkənlərə 10 min lirə (902 manat) ödəniləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Qeyd edək ki, episentrləri Kahramanmaraş vilayəti olan zəlzələlər nəticəsində Türkiyədə ölənlərin sayı 8 min 574 nəfərə çatıb. Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi məlumata görə, yaralananların sayı 49 min 133, dağılan binaların sayı 6 min 444-dür.