
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elbistan və Pazarcıkda rayonlarında zəlzələdən zərər çəkmiş əraziləri yerində incələmək üçün Kahramanmaraşa gedib.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan Kahramanmaraşın zəlzələ bölgəsindəki çadır şəhərciyinə baxış keçirir.
Türkiyə prezidenti zəlzələlərdən sonra görülən işlər barədə ilk olaraq Kahramanmaraş hava limanında daxili işlər naziri Süleyman Soylu və digər rəsmilərdən məlumat alıb.
O, AFAD-ın “Onikişubat” stadionunda qurduğu çadır şəhərciyi və ərazidə araşdırmalar aparır.
Ərdoğan ilə birlikdə AK Partiya sədr müavini Binəli Yıldırım və Numan Kurtulmuş, Prezident Aparatının Kommunikasiyalar üzrə Müdiri Fahrettin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da bölgəyə gəlib.
***11:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində dağıntılara məruz qalmış əraziləri yoxlamaq üçün bölgəyə gedir.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğanın əvvəlcə Kahramanmaraş şəhər mərkəzinə, daha sonra Pazarcık məhəlləsinə keçəcəyi gözlənilir.
Prezidentin daha sonra Hataya yollanması planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz