İkinci əl əşyalar göndərməklə bağlı açıqlama


Türkiyədə baş verən zəlzələnin fəsadları aradan qaldırılır. Azərbaycan vətəndaşları da əlindən gələn yardımlar üçün səfərbər olublar.

Ötən gündən başlayaraq Bakıda yardım toplanır. Həmin görüntülərdən sonra sosial şəbəkələrdə zəlzələdən əziyyət çəkənlərin daha çox nəyə ehtiyaclarının olması müzakirə olunur.
Yeniavaz.com-un məlumatına görə, yardım göndərilməsi ilə bağlı Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık CNN-ə verdiyi açıqlamada bildirilib ki, ikinci əl əşyalara yox, istifadə edilməmiş əşyalara ehtiyac var:
“Ədyal, isidici daha çox lazımdır. Qalın gödəkcə, ayaqqabı, üst geyim, papaq və şərf lazımdır. Amma istifadə edilməmişləri. İkinci əl geyim ləvazimatları qəbul etməyin. Onlar gigiyenik baxımdan problem yarada bilir”.
Kerem Kınık bu barədə 6 fevral tarixində açıqlama verib.
Xatırladaq ki, Bakıda Babək prospektində yerləşən "Doğtaş Mebel" qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması üçün dəyişdirilib. Artıq yardımlar Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində qəbul olunur.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı Səfirliyi də bu barədə açıqlama yayıb və humanitar yardım göndərən insanlardan ikinci əl, yəni geyinilmiş paltarlar göndərməməyi xahiş edib.
"Ölkədə güclü zəlzələ nəticəsində yaranmış humanitar böhran səbəbindən məsələyə daha həssas yanaşırıq. Yarana biləcək hər hansı virus və ya xəstəliyin yayılmaması üçün profilaktiki olaraq bu addımı atırıq" - , diplomatik nümayəndəlikdən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top