Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının sayı açıqlandı


Bu ilin əvvəlinə olan məlumata görə, Türkiyədə 1 milyon 823 min 836 nəfər xarici ölkə vətəndaşı yaşayır və bu göstəriciyə qaçqınlar (əsasən Suriyadan olanlar) daxil edilməyib.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsindən verilən məlumata istinadən xəbər verir ki, qardaş ölkədə yaşayan Azərbaycan vətəndaşlarının sayı 68 min 884 nəfər təşkil edir.
2021-ci ilin yekunları ilə müqayisədə Türkiyədə yaşayan azərbaycanlıların sayı 322 nəfər artıb.
Türkiyədə yaşayan əcnəbilərin sayına görə Azərbaycan vətəndaşları 7-ci sırada qərarlaşıb.

Türkiyədə yaşayan xarici ölkə vətəndaşlarının ilk 10-luğu aşağıdakı kimi olub:
İraq – 275 305
Əfqanıstan – 186 160
Rusiya – 151 049
İran – 117 026
Türkmənistan – 116 447
Almaniya – 110 453
Suriya – 99 360
Azərbaycan – 68 884
Özbəkistan – 61 754
Ukrayna – 50 357
Bunlardan başqa Türkiyədə 1 446 Ermənistan vətəndaşı yaşayır və son bir il ərzində onların sayı 249 nəfər azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top