Vətəndaşlarımız Türkiyə üçün bir arada... – Video


Xəbər verdiyimiz kimi, episentrləri Türkiyənin Kahramanmaraş vilayəti olan zəlzələlər nəticəsində 5894 nəfərin həyatını itirib, 34 810 nəfər xəsarət alıb, təxminən 8 min insan dağıntılar altından xilas edilib. Qeyri-rəsmi rəqəmlərə görə 194 min insan hələ də dağıntılar altındadır.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan vətəndaşları Türkiyədə zərər çəkən insanların müəyyən ehtiyaclarını qarşılamaq məqsədilə ötən gündən yardım kampaniyaları başladıb.
Vətəndaşlar zəlzələdən zərər görən insanlar üçün qış paltarları, istiliklərini təmin edən vasitələr, yorğan, döşək, yataq, çadır, təmizlik alətləri, fənər, generator və s. gətiriblər.
Məlumat üçün bildirək ki, ötən gün gecə saatlarında Türkiyəyə yardım aparan ilk TIR yola düşüb.

DİGƏR XƏBƏRLƏR

Top