
Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində dənizin səviyyəsi qalxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, zəlzələlərdən sonra İskəndərunda dənizin səviyyəsi yüksəlib, bəzi küçələr su altında qalıb. Bu səbəbdən bölgədə nəqliyyat sıxlığı meydana gəlib.