Rusiyada 48 azərbaycanlı kriminal avtoritet saxlanıldı


Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Mıtişi şəhərində kriminal avtoritetlərin toplantısında 52 nəfəri saxlayıblar. Hadisə fevralın 6-da axşam saatlarında baş verib.
Yeniavaz.com
REN TV-yə istinadən xəbər verir ki, saxlanılma Mıtişidəki “Qranada” restoranının yaxınlığında həyata keçirilib.
Saxlanmanı Rusiya Cinayət Axtarış İdarəsinin əməkdaşları xüsusi təyinatlılarla birgə həyata keçiriblər.
Şəxsi axtarış zamanı cinayət başçılarından 2 ədəd odlu silah və bir çanta boz toz götürülüb.
“BAZA” teleqram kanalının yaydığı məlumata görə isə, fevralın 6-da günorta saatlarında 1-ci Proletarskaya küçəsində yerləşən, əsasən, Azərbaycandan olan kriminal avtoritetlər “Qranada” restoranında toplaşıblar. Saat 16:00-a yaxın Rusiya Qvardiyasının polis maşınları restorana gəlməyə başlayıb. Ərazi mühasirəyə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, restorana gələnlərin bəziləri qaçmağa cəhd etsə də, saxlanılıb.
Ümumilikdə 48 azərbaycanlı, iki Dağıstan, bir Ermənistan və bir Tacikistan vətəndaşı saxlanılıb. Onların telefonları, həmçinin beş travmatik tapança və bir “Saiga” karabini müsadirə edilib.
Əməliyyatda ümumilikdə yüzə yaxın təhlükəsizlik işçisi iştirak edib.
Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumatın dəqiqləşdirildiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Kalininqrad vilayətində kriminal avtoritet saxlanılıb, onun evində hüquq-mühafizə orqanlarının əməkdaşları silah anbarı: qumbaraatan, odlu silah və patron aşkar ediblər.

DİGƏR XƏBƏRLƏR

Top