Naxçıvan Dövlət Vergi Xidmətinə yeni rəis təyin olundu


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə yeni rəis təyin olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalovun müvafiq Sərəncamı ilə bu vəzifəyə Abbas İsmayılov gətirilib.
A.İsmayılov artıq kollektivə təqdim olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top