Terrorçular Türkiyədə sərhəd polis məntəqəsinə hücum edib


Terror təşkilatı PKK/YPG Tel Rıfatdan Türkiyənin Öncüpınar Sərhəd məntəqəsinə çoxbarrelli reaktiv yaylım atəşi sistemi ilə hücum təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçulara lazımlı cavabın verildiyi bildirilib.
"İnsanlıqdan nəsibini almamış terror təşkilatı PKK/YPG zəlzələdən istifadə edərək Tel Rıfatdan Öncüpınar Sərhəd məntəqəsinin nəzarətindəki əraziyə hücum edib. Hər hansı itkimiz yoxdur, terrorçuların hədəflərinə eyni şəkildə cavab verilib”, - Nazirlikdən verilən açıqlamada deyilir.

DİGƏR XƏBƏRLƏR

Top