Suriyada ölənlərin sayı artır - Yenilənir


Episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 bal gücündəki zəlzələlərin təsiri nəticəsində Suriyada ölənlərin sayı artıb.
Yeniavaz.com
“Anadolu Ajansı”na istinadən xəbər verir ki, artıq bu ölkədə itkilərin sayı 1602 nəfərə çatıb, 3649 nəfər yaralanıb.
Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Latakiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri davam etdirilir.

***09:50
Episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 bal gücündəki zəlzələlərin təsiri nəticəsində Suriyada da ciddi dağıntılar baş verib.
Yeniavaz.com
 BBC-yə istinadla xəbər verir ki, artıq ölənlərin sayı 1444 nəfərə çatıb, 3500-ə yaxın insan yaralanıb.
Paytaxt Dəməşqdə 40 saniyə davam edən zəlzələdən sonra insanların gecəni küçədə keçirdiyi bildirilir.
Suriya Ərəb Qızıl Ayparası beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top