MN: Bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşdü - Fotolar


Ordumuzun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.
Qeyd edək ki, sonuncu məlumatlara əsasən, Türkiyənin Kahramanmaraş vilayətində meydana gələn və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 ballıq zəlzələlərdə ölənlərin sayı 2 min 921 nəfərə çatıb, 15 min 834 yaralı var.



DİGƏR XƏBƏRLƏR

Top