
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya azad edilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu gün məhkəmə dinləmələrinin sonuncu iclası keçirilib.
Hakim Giorgi Arevadze Mixeil Saakaşvilinin həbsdə saxlanılmasına qərar verib.
Mixeil Saakaşvili qərarı özünün “ölüm hökmü” adlandırıb.