Qazaxıstanda da zəlzələ baş verdi


Qazaxıstanın cənubunda 5,4 gücündə zəlzələ baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 19:02-də qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 628 kilometr qərbdə olub. Mənbə 5 kilometr dərinlikdə yerləşib.
İtki və ya dağıntı barədə hər hansı məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top