
Türkiyənin Kahramanmaraş vilayətində daha bir güclü zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, vilayətin Elbistan rayonunda Bakı vaxtı ilə saat 14:24-də 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin yerin təxminən 7 kilometr dərinliyində baş verdiyi bildirilir.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 05:17 vilayətin digər, Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ qeydə alınıb.