Küçədə azyaşlını döyən 41 yaşlı şəxs saxlanıldı - Foto + Video


Sosial şəbəkədə azyaşlının küçədə döyülməsi bağlı görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb:

"Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib.
E. Əliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir".

DİGƏR XƏBƏRLƏR

Top