“Azərbaycan Türkiyənin hər zaman yanındadır” – XİN


Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan Türkiyənin hər zaman yanındadır”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top