
Türkiyənin Balıkəsir vilayətində də zəlzələ baş verib.
Yeniavaz.com “TRT”yə istinadla xəbər verir ki, Gönen rayonunda baş verən zəlzələ Türkiyə vaxtı ilə 07:24-də (Bakı vaxtı ilə 08:24)meydana gəlib.
Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, zəlzələ 4,6 bal gücündə olub və yerin təxminən 9,7 kilometr dərinliyində baş verib.