“Qalatasaray” “Trabzonspor”u məğlub etdi


Türkiyə Superliqasında 22-ci turun mərkəzi oyunu çərçivəsində keçirilən “Qalatasaray”- “Trabzonspor” oyunu başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, hazırda turnir cədvəlinin lideri olan “Qalatasaray” son çempion “Trabzonspor”u 2:1 hesabı ilə məğlub edib.
Oyunun 12-ci saniyəsində müdafiəçinin səhvindən sonra “Trabzonspor”un oyunçusu Maksi Qomes hesabı açıb. 17-ci dəqiqədə “Qalatasaray” hesabı bərabərləşdirib. İkinci hissədə isə İkardi qələbə qolunu vurub.

DİGƏR XƏBƏRLƏR

Top