Lukaşenko və Putin arasında telefon danışığı olub


Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin bazar günü telefonla danışıblar və onlar yaxın gələcəkdə görüşün tarixini təyin etmək barədə razılığa gəliblər.
Yeniavaz.com
TASS agentliyinə istinadən xəbər verir ki, Lukaşenko və Putin Belarus və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün İttifaq dövləti çərçivəsində gələcək fəaliyyətləri müzakirə ediblər.
Prezidentlər iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyət üçün ümumi gündəliyi müzakirə ediblər. Xüsusilə, Belarus və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün Birlik dövləti çərçivəsində gələcək fəaliyyətlərdən danışıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top