İranla sərhəddə Fəth surəsi oxundu - Video


Heydər Məscidi imamının köməkçisi Abdullah Umudovun İran-Azərbaycan sərhədində, Xudafərin körpüsünün yaxınlığında “Qurani-Kərimin” Fəth surəsini oxuması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkə istifadəçiləri İranla sərhəddə, Araz çayınıb kənarında Fəth surəsinin oxunmasını İrana verilən mesaj kimi dəyərləndiriblər.
Abdullah Umudov da sosial şəbəkə hesabından paylaşım edərək bunları qeyd edib:
“İşğaldan azad edilmiş ərazilərdə, Xudafərin ərazisində Quran'i-Kərim sədaları. Sözdə İslam Respublikası olanlar həmin ərazidə müsiqi sədalarını ucaltdı, həm də ki, uşaqların ifasında, biz onlardan fərqli olaraq Qurani-Kərim. Fərqimiz bax budur”.
Məlumat üçün qeyd edək ki, “Qurani-Kərimin” Fəth surəsi Məkkə şəhərinin fəth olunacağına dair möminlərə müjdə verən ayəni özündə ehtiva edir.

DİGƏR XƏBƏRLƏR

Top