"Ermənistan bu fürsətdən istifadə etsin" - Hulusi Akar


“Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək kimi davam edəcək. Zəngəzur dəhlizi və oradan keçəcək dəmir və avtomobil yolları həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik baxımından region üçün çox dəyərlidir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində deyib.
Akar Azərbaycanın tək olmadığına diqqət çəkib:
“Ermənistanın cənab Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev) və Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) uzatdığı sülh əlini tutması vacibdir. Başqalarının təsiri altında bəzi illüziyalara inanmağın mənası yoxdur. Biz Ermənistandan bu fürsətdən istifadə etməsini istəyirik”.

DİGƏR XƏBƏRLƏR

Top