ABŞ Prezidenti Co Bayden ABŞ hava məkanında Çinin casus şarı olduğu deyilən cisimlə bağlı danışıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Bayden hadisə ilə əlaqədar "Biz bununla məşğul olacağıq", deyə cavab verib.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) fevralın 2-də Çinə aid olduğu iddia edilən yüksək hündürlükdə kəşfiyyat şarının Amerika materikinin üzərində uçduğunu açıqlayıb. Daha sonra Çin şarın onlara aid olduğu bildirərək səhvən ABŞ səmasına uçduğunu deyib.
Hadisə ilə əlaqədar Antoni Blinkenin Çinə səfəri təxirə salınıb.