Azərbaycan cüdoçusu qızıI medal qazandı - Böyük Dəbilqə


Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə - 60 kq. çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib.

Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

DİGƏR XƏBƏRLƏR

Top