Azərbaycanla Monteneqro arasında hava əlaqəsi qurulur


Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Sazişi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Monteneqro tərəfindən hökumətin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıb.

Sənəd iki ölkə arasında hava əlaqələrinin yaradılması və yerinə yetirilməsi məqsədi daşıyır.

DİGƏR XƏBƏRLƏR

Top