“Türkiyə Rusiyaya 18 milyonluq hərbi məhsullar ixrac edib” – WSJ


Türkiyə şirkətləri ötən il Rusiya ordusunun ehtiyac duyduğu on milyonlarla dollar dəyərində maşın, elektronika, ehtiyat hissələri və lazım olan digər məhsullar ixrac edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Bildirilib ki, ən azı 13 türk şirkəti ABŞ tərəfindən sanksiya tətbiq edilən ən azı 10 Rusiya şirkətinə plastik, rezin məmulatlar və nəqliyyat vasitələri daxil olmaqla ən azı 18,5 milyon dollar dəyərində məhsul ixrac edib.
Nəşr əlavə edib ki, türk şirkətləri ABŞ istehsalı olan ən azı üç mal göndərib.
WSJ bu məhsulların Rusiyanı mühüm hərbi texnikadan məhrum etmək üçün nəzərdə tutulmuş ABŞ-ın ixrac nəzarətini pozaraq ixrac edildiyini yazıb.
Qeyd edilib ki, Rusiyaya satılan əşyalar arasında ABŞ istehsalı olan liftlər, elektrik generatorları, elektron lövhələr və 15 milyon dollar dəyərində digər mallar olub.

DİGƏR XƏBƏRLƏR

Top