Lənkəran Dram Teatrının direktorunun vəzifəsinə niyə xitam verilib? - Açıqlama + Yenilənib


Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirilib.
Bu barədə Mədəniyyət Nazirliyindən Yeniavaz.com bildirilib ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, hazırda teatrın direktoru vəzifəsini direktor müavini İntiqam Hacılı icra edir.

***09:47
Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya teatrın mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.
“Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır”, - məlumatda deyilir.
İntiqam Hacılı bildirib ki, Lənkəran Teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb:
“Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə var, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər”.

DİGƏR XƏBƏRLƏR

Top