Zelenski Moskva ilə dialoqa hazırlaşır - KİV


Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə dialoqa başlamaq planı üzərində işləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Giorgio Meloni “Rainews24” teekanalına müsahibəsində bildirib.
“Zelenski dialoq açmaq planı üzərində işləyir və ədalətli sülhə nail olmaq üçün biz səylərimizi artırmalıyıq. Bizim yeganə imkanımız Ukraynaya kömək etməkdir”, -deyə nazir vurğulayıb.
İtaliyanın Baş naziri əlavə edib ki, o, xüsusi əməliyyatın ildönümü olan 24 fevrala qədər Kiyevə səfər edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top