Naxçıvanda bu qurumda hüquq-mühafizə orqanları yoxlamalara başladı


Naxçıvan Dövlət İmtahan Mərkəzində (DİM) yoxlamalar başlayıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, mərkəzdə hüquq-mühafizə orqanları tərəfindən bu gündən yoxlamalar keçirilir.

Yoxlamaların 2022-ci ilin dekabr ayında müəllimlərin işə qəbulu imtahanın suallarının satılması ilə bağlı iddialarla əlaqədar olduğu bildirilir.

Naxçıvan DİM-in mətbuat katibi Məmməd Babayev yoxlamaların keçirildiyini təsdiq edib.

DİGƏR XƏBƏRLƏR

Top