Prezidentdən Tarif Şurası ilə bağlı - Fərman


Tarif Şurasının səlahiyyətləri artırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Tarif (qiymət) şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.
Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.
Bildirilir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin on səkkizinci abzasına uyğun olaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifləri əsasında, qoşulma xidmətinə görə ödənişin məbləğlərini bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan normativ hüquqi aktlar təsdiq edildikdən sonra iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

DİGƏR XƏBƏRLƏR

Top