Mingəçevir sakinləri bahalaşmadan gileylənirlər - Video


30 min işsizi olan Mingəçevir şəhərində son günlər müxtəlif sahələrdə - ölkədə ərzağın, dərmanların, marşrutlarda gedişhaqqının artımı sakinləri də çox narahat edir.
Bu barədə Yeniavaz.com-a şəhər sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, apteklər, xəstəxanalar xəstələrlə doludur. Hətta dərmanların qiymətləri bahalaşdığından xəstə insanlar həkimlərin yazdığı resepti ala bilmirlər.
Ən çox da pensiya yaşı çatmayan sakinlər heç bir yerdən gəlirlərinin olmaması, 40-50 yaşda işə alınmamaları ilə bağlı çətinlik çəkdiklərini deyirlər.
Sakin Nağıyeva Gülnar xəstə övladlarına dərman, ərzaq ala bilməsi üçün evlərdə xadiməlik edir. Gülnar xanımın 49 yaşı var, bu yaşda onun heç bir yerdə işə alınmadığını deyir.
Bahalaşma ticarətlə məşğul olanlara da təsir edib. Onlar bildirirlər ki, günü 7 manata işləyirlər, 1 gündə marşrutdan 4 dəfə istifadə edirlər. Bu da onların büdcələrinə mənfi təsir göstərir.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top