İtaliya Ukraynaya tank verməyəcək


İtaliya Ukraynaya tank tədarük etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.
“Biz həmişə Ukraynaya hücum yox, müdafiə silahları göndərmişik. Biz tanklar göndərməmişik və göndərməyəcəyik", - deyə siyasətçi “Rai Italia” telekanalının efirində bildirib .
Tajani əlavə edib ki, İtaliya Ukraynanın enerji sisteminin bərpası üçün elektrik avadanlıqlarının göndərilməsini davam etdirmək niyyətindədir.
 

DİGƏR XƏBƏRLƏR

Top