
Abşeron rayon Polis İdarəsinə rəis təyin olunub.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Musa Musayev Abşeron rayon Polis İdarəsinə rəis təyin edilib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı Yeniavaz.com-a təsdiqləyib.