“Gedişhaqlarının artmasının müsbət tərəfi də var” – Deputat


“Gediş haqlarının artması dünyada gedən inflyasiyanın nəticəsidir. Dövlət, Tarif Şurası mümkün qədər bu məsələni uzatdı. Amma əfsuslar olsun ki, iqtisadiyyatın heç bir sektoru inflyasiyadan qaça bilməz. Bu, qaçılmaz bir addımdır, başa düşmək lazımdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat vurğulayıb ki, daşıyıcı şirkətlərin əksəriyyəti şəxsi şirkətlərdir:
“Bu şirkətlər öz işçilərinin maaşlarını verə bilmək üçün hansısa formada qazanc əldə etməlidirlər. Şirkətlər gedişhaqlarının artırılması ilə bağlı müraciət edirdilər ki, öz iqtisadi fəaliyyətimiz nəticəsində müəyyən uğur qazanmalıyıq. Gedişhaqlarının artmasının müsbət tərəfi bu olacaq ki, nəqliyyat sektorunda daha çox effektiv işləməyə imkan yaranacaq”.

DİGƏR XƏBƏRLƏR

Top