Kazarmadakı yanğınla bağlı erməni kapitana cinayət işi açıldı


Geğarkunikdəki kazarmada baş verən yanğın zamanı xəsarət alan kapitan E.X.-nin barəsində cinayət işi başlanıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, Cinayət Məcəlləsinin 532-ci (Silah, döyüş sursatı, hərbi texnika və ya digər hərbi əmlakla davranış qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.
İşin materiallarına görə, dislokasiya sahəsinə cavabdeh olan kapitan avtomobil benzininin yanacaq kimi istifadəsinə qadağa qoyulması ilə bağlı qanunla müəyyən edilmiş tələbi pozub. E.X bölməyə ayrılmış dizel yanacağının yerini növbətçidən öyrənib, öz təşəbbüsü ilə benzinlə doldurulmuş on plastik qabdan birini götürüb, onunla sobanı yandırmağa cəhd edib. Onun bu hərəkəti nəticəsində kazarmada yanğın başlayıb.
Xatırladaq ki, yanvarın 19-na keçən gecə saat 01:30 radələrində rayonu Azat kəndində mühəndis şirkətinin müvəqqəti barakı kimi fəaliyyət göstərən evdə yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub, 3-ü Yanıq Mərkəzinə yerləşdirilib, hər üçü artıq reanimasiyadan palataya köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top