Pakistandakı terror aktında ölənlərin 97-si polisdir


Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin böyük əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Rana Sanaulla “Ary news” telekanalının efirində çıxışı zamanı bildirib.
“Hücum nəticəsində 97 polis əməkdaşı və 3 mülki şəxs həlak olub”, - deyə o qeyd edib.
Xatırladaq ki, Pakistanda terror hücumunda xəsarət alanların sayı 221 nəfərə çatıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, kamikadze 10-12 kq partlayıcıdan istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top