
Böyük Britaniya, İtaliya və Yaponiya 2023-cü ilin sonuna qədər ən son nəsil qırıcının hazırlanması layihəsini həyata keçirmək üçün beynəlxalq təşkilat qurmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qırıcının 2035-ci ilə qədər hazırlanması planlaşdırılır.
Mənbənin sözlərinə görə, tərəflər arasında bəzi məsələlər hələlik dəqiqləşdirilməyib. Ona görə son tarix dəyişdirilə bilər.