Fransada pensiya yaşına görə etirazlar şiddətləndi


Fransada pensiya yaşının artırılmasına qarşı ikinci ümummilli aksiya keçirilir. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, xüsusilə ölkənin qərbindəki Renn şəhərində nümayişçilərlə polis arasında toqquşmalar başlayıb. Aksiyada 23 minə yaxın insan iştirak edir. Qeyd olunur ki, “Qara blok” hərəkatının radikalları zibil qutularını yandırır, polis əməkdaşlarına butulkalar atırlar. Polis gözyaşardıcı qaz və su şırnaqları ilə cavab verir.
Ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyası Tvitterdə yazır ki, Marseldə 200 minə yaxın, Tuluzada 80 min, Nitsada isə 25 minə yaxın nümayişçi aksiyada iştirak etmək üçün küçələrə çıxıb.

 

DİGƏR XƏBƏRLƏR

Top